AZ

Hüseyin Eroğlu Super Liqa klubundan qovuldu - ARENA.AZ

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub Eroğluna xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Türkiyə mətbuatının yazdığına görə, “Gənclərbirliyi” baş məşqçi postuna Volkan Demireli gətirməyə hazırlaşır.

Hüseyin Eroğlu 2024-cü ilin dekabr ayından “Gənclərbirliyi” komandasına rəhbərlik edir. Türkiyəli mütəxəssis bu komandanı bütövlükdə 31 oyuna çıxarıb, 15 qələbə, 8 heç-heçə və 8 məğlubiyyət görüb.

“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 10 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Sözügedən komanda 8 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
23
arena.az

10Mənbələr