AZ

Venger “Barselona”nın “el klasiko”dakı məğlubiyyətini şərh etdi

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger Madriddə keçirilmiş “el klasiko”da “Barselona”nın “Real”a 1:2 hesablı məğlubiyyətini şərh edib.

Arena.az fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Görünürdü ki, “Barselona”nın müdafiəsində, ən təcrübəli oyunçulardan biri olan İnyiqo Martines əskikdir… Gözə çarpırdı ki, müdafiənin Kilian Mbappe kimi bir oyunçuya qarşı yetkinliyi və təcrübəsi çatmır. “Barselona”nın Rafinya və Robert Levandovskisiz, “el klasiko”nun həlledici məqamlarında qətiyyət əskik idi”, deyə Venger vurğulayb.

Cari mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən ingiltərəli cinah hücumçusu Markuş Raşford da “el klasiko”dakı 1:2 hesablı məğlubiyyətdən sonra bəyanat yayıb. Onun müvafiq bəyanatını təqdim edirik:

“Əlbəttə, bu, bizim istədiyimiz nəticə deyil. Amma mövsüm marafondur, yürüş deyil. Biz mübarizəmizə davam edəcəyik!”, deyə Raşford mübariz ruhda vurğulayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
3
arena.az

10Mənbələr