Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma noyabrın 6-da Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

