AZ

Bruno Fernandes ərəblərin cəlbedici təklifindən niyə imtina edib?

“Mançester Yunayted”in kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandes bu yay Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırıb.

Arena.az portuqal futbolçunun müvaifq fikrini təqdim edir:

“Baş məşqçi (Ruben Amorimi nəzərdə tutur – red.) mənimlə söhbətləşdi. O, mənə dedi ki, mən hələ də layihənin bir hissəsiyəm. Amorim mənim qalmağımı istəyirdi. Klubda da eynisini dedilər”, deyə Fernandes vurğulayıb.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 300 oyun, 100 qol və 87 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 84 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 23 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
9
1
arena.az

10Mənbələr