AZ

Kapello “İnter”in “Napoli”yə qarşı oyununu tənqid etdi

Təcrübəli futbol mütəxəssisi Fabio Kapello İtaliya A Seriyası çərçivəsində keçirilmiş “Napoli” – “İnter” oyunu ilə bağlı qənaətini açıqlayıb.

Arena.az xatırladır ki, A Seriyasının 8-ci turunun oyunu Neapol təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kapello oyundan sonra ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Doğrudan da, olmayan penalti ilə oyunun tarazlığı dəyişdi. Məhz gerçəkləşdirilmiş penalti sayəsində Kevin De Bröyne komandasını dalandan çıxardı. Bunun “neradzurri” üçün bəraət olmadığı və ola bilməyəcəyi də doğrudur. “İnter”in oyununda tarazlığın olmaması isə məni hər şeydən çox təəccübləndirdi. Onlar tez-tez qeyri-təşkilatlanmış görünürdülər. Əvəzetmədən meydana çıxmış oyunçular isə bu dəfə kömək etməkdənsə, daha çox mane olurdular”.

Xatırladaq ki, 8 turdan sonra “Napoli” A Seriyasının yarış cədvəlində 18 xalla liderdir. Eyni xala malik “Roma” ikincidir. 17 xalı olan “Milan” üçüncü, 15 xallı “İnter” isə dördüncü pillədə qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
46
30
arena.az

10Mənbələr