AZ

Kamal Umudlu “Napoli” - “Ayntraxt” oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Umudlu UEFA Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
28
49
arena.az

10Mənbələr