AZ

Premyer Liqa: Mövsümün ilk derbisinə doğru - ARENA.AZ

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

İndiyə qədər 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.

Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.

Komandaların ilk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzublar, top fərqi 22-12 olub.

Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzublar, top fərqi 13-13 olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
21
arena.az

10Mənbələr