Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Maltada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda noyabrın 5-dən 8-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək.
Seçmə mərhələdə 13-cü qrupda yer almış U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələ oyunları noyabrın 9-dan 19-na qədər davam edəcək. 13-cü qrupun oyunları Maltada təşkil olunacaq.
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Abbaszadə – Turan Tovuz
- Məhəmmədəli Məmmədov – Turan Tovuz
- Rəşad Alışov – Qarabağ
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Cavid Məlikov – Qarabağ
- Seydi Danzıyev – Sabah
- Vüsal Paşayev – Sumqayıt
- Nadir Orucov – Sumqayıt
- Ömər Həsənli – Zirə
- Eltun Babazadə – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Şahin İbrahimov – Sabah
- Əliəkbər Rzazadə – Qarabağ
- Rauf Qafarov – Zirə
- Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
- Anar Hüseynov – Sabah
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Şahismayıl Cəfərov – Qarabağ
- Nihad Orucəli – Sumqayıt
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

