AZ

“Qarabağ” üçün 200-cü oyun, 250-ci qol! - ARENA.AZ

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Çelsi” ilə oyunu həm “Qarabağ”, həm də Leandro Andrade üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Bu, “Çelsi” ilə Bakıdakı oyuna təsadüf edib. İngiltərə nəhəngi ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. Londonlularla matç 2:2 hesabı ilə başa çatıb.

“Qarabağ” Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb.

Ağdam təmsilçisinin bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.

“Qarabağ” Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar kubokunda 1, İntertoto kubokunda 2 qol vurub.

Azərbaycan çempionu bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 1996/1997-ci illər mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də “MüPA” ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəliblər – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
23
arena.az

10Mənbələr