AZ

Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir

2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur.

XəzərNews.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərclərinə ayrılan vəsait 2024-cü illə müqayisədə 40 faiz və ya 1.1 milyard manat çoxdur:

"Növbəti il üçün 118 milyon manat vəsait onkologiya ilə bağlı müxtəlif istiqamətlərə ayrılacaq. Bu sahədə 8 müxtəlif istiqamət icbari tibbi sığorta zərfinə daxil edilib. Gələcəkdə bunun artırılması nəzərdə tutulur".

Nazir əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində il ərzində orta hesabla 5 milyon vətəndaşa xidmət edilir:

"7.5 milyon insanın sığortahaqqı dövlət büdcəsi tərəfindən ödənilir. Əlavə olaraq, icbari tibbi sığorta haqqını özü ödəyən vətəndaşlar da var. Rəsmi fəaliyyət göstərən və işsiz olan şəxslərin tibbi sığortası dövlət hesabına həyata keçirilir. Yeganə istisna edilən seqment qanunvericiliyin qeyri-formal məşğulluq olaraq müəyyən etdiyi şəxslərdir. Onlar qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, gəlirlərini gizlədən, qeydiyyatdan yayınan şəxslərdir. Bu kəsimin sığortalanması özləri tərəfindən ödənişi edilməklə həyata keçiriləcək".

Xəbər 3 dəfə oxunub.
Seçilən
14
7
xezernews.az

9Mənbələr