AZ

Upamekano: “Ən yaxşı mərkəz müdafiəçilərindən biriyəm”

Almaniya çempionu “Bayern”in fransalı mərkəz müdafiəçisi Dayo Upamekano PSJ-yə mümkün keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az fransalı futbolçunun müvafiq cavabını təqdim edir:

“PSJ əla məşqçiyə və parlaq oyunçulara malik çox böyük klubdur. Amma mən hazırda bu barədə düşünmürəm. Mən “Bayern” və milli komandanın oyunlarına köklənmişəm”.

Upamekano Münhen klubu ilə müqaviləsinin növbəti ilin yayında başa çatacağı bir mənzərədə, gələcəyi ilə bağlı müvafiq qərarı bir qədər sonra düzgün surətdə qəbul edəcəyini açıqlayıb. 27 yaşlı fransalı futbolçu bunları vurğulayıb:

“Düzgün qərar qəbul edəcəyik. Yaxşı məlumatlanmışam. Həmişə demişəm ki, özümü “Bayern”də rahat hiss edirəm. Əla məşqçim və komanda yoldaşlarım var”, deyə Upamekano vurğulayıb.

Xatırladaq ki, Upamekanonun azad agent qisimində “Real”a qoşulacağı haqda bu klubla razılıq əldə etdiyinə dair xəbər dolaşır.

Upamekano özünü dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən biri hesab etdiyini də vurğulayıb:

“Fikrimcə, dünyada ən yaxşı mərkəz müdafiəçilərindən biriyəm. Amma bir çox əla müdafiəçilər də var. Məsələn, Vilyam Saliba (“Arsenal”), İbrahima Konate (“Liverpul”). Hesab edirəm ki, məni ən yaxşılar əhatə edir – istər Fransa yığmasında, istərsə də “Bayern”də”.

Yeri gəlmişkən, “Bayern”in idman direktoru Maks Eberl, klubun Upamekanonu Münhen təmsilçisində saxlamaq üçün mümkün olan hər şeyi edəcəyini bildirib:

“Upamekano dünyada ən yaxşı mərkəz müdafiəçilərindən birinə çevrilib. O, bir neçə səhvə yol verdiyi mərhələni arxada buraxıb. Biz onun qalması üçün mümkün olan hər şeyi edəcəyik”, deyə Eberl vurğulayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
97
15
arena.az

10Mənbələr