AZ

Ançelotti: “Ronaldo mənə qonaqlıq verməlidir” - ARENA.AZ

Braziliya millisini çalışdıran Karlo Ançelotti portuqaliyalı futbolçu Kristiano Ronaldonun 1000-ci qolu vurmasının mümkünlüyü ilə bağlı sualı cavablayıb.

Arena.az 66 yaşlı italyan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Ronaldo 1000-ci qolunu vuracaq, şübhəsiz! Amma Kristiano bunu etdikdən sonra, məni müvafiq inanılmaz rekordla bağlı bayramı qeyd etməyə dəvət etməyi unutmamaldır”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, Ronaldo karyerası ərzində rəqiblərinin qapısından 953 qol keçirib və 1000-ci qoluna doğru can atmaqdadır.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində 11 oyuna 10 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 116 oyun, 103 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
24
50
arena.az

10Mənbələr