AZ

Albertini və Palyuka A Seriyası ilə bağlı proqnoz - ARENA.AZ

İtaliya yığmasının keçmiş yarımmüdafiəçisi Demetrio Albertini A Seriyasının cari mövsümündə çempionluq mübarizəsini qiymətləndirib.

Arena.az “Milan”ın da formasını geyinmiş veteran futbolçunun müvafiq qənaətini təqdim edir:

“Qarşıdakı Milan derbisinin nəticəsindən asılı olmayaraq, “İnter” və “Milan” çempionluq qəniməti uğrunda “Napoli” ilə mübarizə aparacaqlar. “Yuventus” və “Roma” bu mübarizədən geri qalırlar”, deyə Albertini vurğulayıb.

“İnter”in və İtaliya yığmasının keçmiş qapıçısı Canluka Palyuka isə A Seriyasının cari mövsümündə “neradzurri”nin çempion olacağı qənaətindədir:

“Mən “İnter”ə qoyuluş edirəm. Qorxurdum ki, ötən mövsümün sonundakı məğlubiyyətlə, klub özünə inamını itirər, amma Kristian Kivu (“İnter”in baş məşqçisi – redaktorun qeydi) hər şeyi tonusda saxlaya bildi”, deyə Palyuka vurğulayıb.

Xatırladaq ki, İtaliya A Seriyasının cari mövsümündə “İnter”lə “Roma” 24 xalla şərikli liderlik edirlər. “Milan” və “Napoli”nin isə 22 xalı var.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
22
50
arena.az

10Mənbələr