
Fransa 100 “Rafale” təyyarəsindən əlavə Ukraynaya səkkiz SAMP-T hava hücumundan müdafiə sistemi, hava hücumundan müdafiə radarları, “hava-hava” raketləri və hava bombaları verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla danışıqların yekunu üzrə mətbuat konfransında bildirib.
"Bugünkü görüş müdafiəmizi gücləndirməyə xidmət edir; mühüm sənədlər imzalanıb. Ukrayna 100 ədəd "Rafale F4" təyyarəsi, eləcə də Fransanın güclü radarları, səkkiz SAMP-T hava hücumundan müdafiə sistemi, 6 buraxılış qurğusu, "hava-hava" tipli raketlər, idarə olunan bombalar ala biləcək", - deyə o bildirib. Zelenski həmçinin Fransanın Ukraynaya 55 yeni elektrovoz tədarük edəcəyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, bunlar 10 il müddətinə, 2035-ci ilə qədər qüvvədə olacaq strateji müqavilələrdir.
Məryəm Quliyeva