AZ

Fələstin dövləti qurulmadıqca bölgədə sülh əldə edilməyəcək

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Fələstin dövləti qurulmayınca bölgədə qalıcı sülhün əldə edilməsi, sülh və sabitliyin bərqərar olması mümkün olmayacaq. 1967-ci il sərhədləri əsasında iki dövlət prinsipi tətbiq olunmalı, Fələstin dövlətinin tanınması təmin olunmalıdır.Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hökumət Kabinetinin iclasından sonra deyib. O bildirib ki, Fələstin dövləti yaradılmayana qədər bölgə ölkələrinin heç birində dinclik, sabitlik olmayacaq."Bunu hər kəs bilməlidir. Eyni zamanda qalıcı sülhün əldə edilməsi, bölgədə sabitliyin bərqərar olması üçün Fələstin dövlətinin yaradılmasına dəstək verilməlidir",-deyə Türkiyə lideri vurğulayıb.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
371
50
newscenter.az

10Mənbələr