AZ

Azərbaycan onu axtarırdı: tutuldu Vətənə gətirilir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.

Globalinfo.az bildirir ki, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Balakən RPŞ tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Şəhərrəddin Süleyman oğlu Göylərov Mahaçqalada tutulub.

Belə ki, İnterpol kanalları vasitəsilə onun Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
7
globalinfo.az

10Mənbələr