AZ

Əvəzedicilər: “Turan Tovuz”dan “Araz”a 3 cavabsız qol – ARENA.AZ

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 11-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Qəbələ”nin ikinci komandası doğma meydanda “Şamaxı”nın gəncləri üzərində inamlı qələbəyə sevinib. “Araz-Naxçıvan”ın ikinci komandasının qonağı olmuş “Turan Tovuz-2” isə rəqibini 3 cavabsız qolla məğlub edib.

Əvəzedicilər Liqası
11-ci tur

21 noyabr

“Kəpəz-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 55. Rauf Qafarov, 78.
Hakimlər: Ruslan Quliyev, Sənan Atayev, Səbuhi Əmrahov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança). Saat 14:00.

“Qarabağ-2” – “Sabah-2” 1:2
Qollar: Nicat Xasıyev, 42 – Ramil Nuraxmedov, 29. Əli Əlizadə, 90+3.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Nurlan Əhmədzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu. Saat 14:00.

22 noyabr

“Neftçi-2” – “Sumqayıt-2” 4:2
Qollar: Mirşahbaz Şahbazov, 45+3. Nurlan Musayev, 70-pen. Həsən Mahmudov, 77. Aslan Hətəmov, 86 – Murad Rüstəmov, 28. Nihad Orucəli, 90+2.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança). Saat 14:00.

24 noyabr

“Qəbələ-2” – “Şamaxı-2” 2:0
Qollar: Nuğay Rəşidov, 25. Fərid İsgəndərov, 70.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança). Saat 14:00.

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 0:3
Qollar: Vüqar Bağırov, 11. Murad Dadaşev, 60. Elçin Qasımov, 79.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Rəhman Aslanov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Rekord Arena”. Saat 14:00.

Seçilən
13
6
arena.az

10Mənbələr