AZ

Qurban Qurbanov: “Karvan” bizi çox yaxşı təhlil etmişdi” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün baş tutmuş oyunda 3:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox intizamlı oynadılar. Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır. Xüsusilə də kubok matçında. Bu rəqiblə 4 gün əvvəl oynamışdıq. Bizi çox yaxşı təhlil etmişdilər. 80-ci dəqiqəyə kimi qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır, sənə oynamaq imkanı vermir. Sən də axtarışda olursan ki, rəqibi səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Maraqlı oyun oldu. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. “Karvan”a və Füzuli Məmmədova uğurlar arzulayıram”.

Seçilən
28
4
arena.az

10Mənbələr