AZ

SOCAR Dəməşq Hava Limanına yanacaq təchizatı üçün “UCC Holding”lə birgə müəssisə yaradır

SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “APA-Economics”ə SOCAR-dan bildirilib.

Sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanına aviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Qeyd edək ki, cari ildə 6 sentyabr tarixində SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.

SOCAR
Seçilən
132
26
apa.az

10Mənbələr