AZ

“Ukrayna seçkilərə hazırdır” Ali Rada zəmanət tələb edir

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Ali Radasının birinci vitse-spikeri Aleksandr Korniyenko bildirib ki, parlament müharibə şəraitində seçkilərin keçirilməsi üçün qanunvericilik çərçivəsini hazırlamağa hazırdır, lakin bunun üçün ABŞ və digər beynəlxalq tərəfdaşların təhlükəsizlik zəmanətləri lazımdır.Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, Korniyenkonun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilik aktlarının yalnız ilkin variantları müzakirə edilə bilər. Hələlik müharibə şəraitində seçkiləri tənzimləyən konkret qanun layihəsi yoxdur.“Müzakirə ediləsi bir neçə əsas məsələ var. Bunlar xaricdə yaşayan seçicilərin səsverməsi, cəbhədə xidmət edən hərbçilərin səsverməsi və onların namizədliyi, hərbçilər üçün məzuniyyət mexanizmləri, seçicilərin qeydiyyatı və Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərinin genişləndirilməsi, xüsusilə cəbhə bölgələrində seçki məntəqələrinin təhlükəsizliyi problemləridir”.Korniyenko vurğulayıb ki, ABŞ və digər tərəfdaşlardan təhlükəsizlik zəmanətləri olmadan müharibə şəraitində seçkilərin təşkil edilməsi mümkün olmayacaq. Ukraynada əhalinin böyük hissəsi hələ də müharibə şəraitində səsvermənin təhlükəsiz olmadığı fikrini dəstəkləyir Bu bəyanatlar ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq səslənib. Tramp bildirib ki, Ukraynanın müharibəni bəhanə edərək seçkilərdən qaçdığına dair fikirlər var. Zelenski isə buna sərt reaksiya verərək seçkilərin keçirilməsi məsələsinin əsasən, Ukrayna xalqının qərarı olduğunu vurğulayıb.Ukrayna 2019-cu ildən bu yana milli səviyyədə seçki keçirməyib. Prezidentin səlahiyyət müddətinin 2024-cü ilin mayında bitməsinə baxmayaraq, müharibə şəraitində bu müddət müvafiq qanunvericiliklə uzadılıb. Hazırda seçkilərin təşkili ilə bağlı müzakirələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davam edir və bu proses geniş siyasi debatlara səbəb olur.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
www.bakupost.az

1Mənbələr