AZ

Avroliqa: Pley-offa vəsiqə qazanan 6 komanda bəllidir – ARENA.AZ

Avropa Liqasının (Avroliqa) əsas mərhələsinin 6-cı turundan sonra pley-off mərhələsinə vəsiqəni təmin etmiş 6 komanda bəlli olub.

Arena.az xəbər verir ki, “Olimpik” (Lion, Fransa), “Midtyulland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Betis” (İspaniya), “Frayburq” (Almaniya) və “Ferentsvaroş”un (Macarıstan) ilk “24-lük”də yer alacağı dəqiqləşib.

Qeyd edək ki, Liqa mərhələsinin son iki turu 2026-cı ilin yanvar ayında keçiriləcək.

Əsas mərhələdə ilk 8 komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutacaq kollektivlər isə pley-offa adlayacaqlar.

Xatırladaq ki, Avroliqanın sonuncu qalibi İngiltərənin “Tottenhem” komandasıdır.

Hazırda Avropa Liqasının Liqa mərhələsinin ilk 24 pilləsindəki vəziyyət belədir:

  1. Olimpik (Lion, Fransa) – 15
  2. Midtyulland (Danimarka) – 15
  3. Aston Villa (İngiltərə) – 15
  4. Betis (İspaniya) – 14
  5. Frayburq (Almaniya) – 14
  6. Ferentsvaroş (Macarıstan) – 14
  7. Braqa (Portuqaliya) – 13
  8. Portu (Portuqaliya) – 13
  9. Ştutqart (Almaniya) – 12
  10. Roma (İtaliya) – 12
  11. Nottingem Forest (İngiltərə) – 11
  12. Fənərbağça (Türkiyə) – 11
  13. Bolonya (İtaliya) – 11
  14. Viktoriya (Plzen, Çexiya) – 10
  15. Panatinaikos (Yunanıstan) – 10
  16. Genk (Belçika) – 10
  17. Srvena Zvezda (Serbiya) – 10
  18. PAOK (Yunanıstan) – 9
  19. Selta (İspaniya) – 9
  20. Lill (Fransa) – 9
  21. Yanq Boyz (İsveçrə) – 9
  22. Brann (Norveç) – 8
  23. Ludoqorets (Bolqarıstan) – 7
  24. Seltik (Şotlandiya) – 7
Seçilən
29
22
arena.az

10Mənbələr