“Real”ın keçmiş oyunçusu, fransalı ulduz hücumçu Kərim Benzema, İspaniya klubunun əsas fəsadı ilə bağlı qənaətini açıqllayıb.
Arena.az hazırda Səudiyyə Ərəbistanı “Əl-İttihad”ında çıxış edən futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Onların ancaq Kilian Mbappe, Vinisius Junior, Cud Belliingem və Rodriqo arasında qarşılıqlı anlaşması əskikdir. Hər kəs nə etməli olduğunu başa düşməlidir”, deyə Benzema vurğulayıb.
Yeri gəlmişkən, “Real”ın prezidenti Florentino Peres də Madrid klubunun azarkeşləri haqda fərəhlə söhbət açıb:
“Real”ın azarkeşləri bütün dünyada var. “Real”ın tərəfdarlarının sayı Avropa birliyinin sakinlərinin sayından çoxdur. Bizim gücümüz, böyük ailə olmağımızdadır”, deyə Peres vurğulayıb.
Xatırladaq ki, Madrid təmsilçisi İspaniya La Liqasında keçirdiyi 16 oyunda 36 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Real” 6 oyuna 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. 12 xala malik İspaniya nəhəngi 7-ci pillədə qərarlaşıb.
“Real”ın son uğursuzluqaları mənzərəsində baş məşqçi Xabi Alonsonun istefası gündəmdədir.
