AZ

Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindəAzərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərinHərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununadair toplantı keçirilib. Sözügedən toplantıda 28 ölkədən 41 nəfərnümayəndə iştirak edib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisipolkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətənmüharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, AzərbaycanRespublikası bu Zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünübərpa etmədi, həm də beynəlxalq sülhə öz töhfəsini verdi və tarixiədaləti bərpa etdi. Əlavə olaraq, Azərbaycanın Vətənmüharibəsindəki Qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqlarıüçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyibir daha vurğulanıb.

Toplantıda 2025-ci il ərzində ölkəmizdə hərbi əməkdaşlıqçərçivəsində görülən işlərdən danışılıb, o cümlədən xaricidövlətlərin hərbi attaşelərinin iştirakı ilə cari il noyabrın 8-dəBakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinciildönümünə həsr olunmuş Hərbi parad, ölkəmizin müxtəlifbölgələrində, eyni zamanda işğaldan azad edilmiş rayonlarda bərpa,yenidənqurma və inkişaf istiqamətində görülən işlərlə tanışlıqməqsədilə təşkil edilmiş səfərlər barədə bir daha geniş məlumatverilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçininperspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb vəhərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Hərbi
Hərbi
Hərbi
Seçilən
44
31
az.trend.az

10Mənbələr