
Üç divizion üzrə ağır çəkidə keçmiş dünya çempionu, böyük britaniyalı Entoni Coşua amerikalı aktyor və bloger Ceyk Polu məğlub edib.
Yeniavaz.com xəbər verir ki, Florida ştatının Mayami şəhərində keçirilən səkkiz raundluq döyüş Coşuanın altıncı raundda nokautla qalib gəlməsi ilə başa çatıb.
Pol əvvəlcə amerikalı Cervonta Devislə qarşılaşmalı idi, lakin Devis cinayət məsuliyyətinə cəlb olunduğu üçün döyüşdən uzaqlaşdırıldı.