AZ

Harri Keyn Aryen Robbenin rekordunu unutdurdu – ARENA.AZ

Futbol üzrə Almaniya çempionatının 15-ci turunun “Haydenhaym”la səfər oyunu “Bayern”in hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ingilis futbolçu “Haydenhaym”la matçda (4:0) vurduğu qolla Almaniya Bundesliqasında rekord müəyyənləşdirib.

Hazırda Keynin Bundesliqada “qol+ötürmə” sistemi üzrə hesabında artıq 100 (81+19) xal var. Bunun üçün ona cəmi 78 oyun lazım olub. Bu, 2004/2005-ci illər mövsümündən – statistika toplanmağa başladığı vaxtdan bəri ən yaxşı göstəricidir. Əvvəlki rekord Aryen Robbenə məxsus idi. Amma Robben bu nəticəyə çatmaq üçün 119 oyun keçirmişdi.

Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. O, “Milluol”, “Leyton Oriyent”, “Lester Siti”, “Norviç Siti” kimi klubların da şərəfini qoruyub. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 25 oyuna çıxıb, 30 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 121 oyun, 115 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
46
35
arena.az

10Mənbələr