BAKI, 22 dekabr. TELEQRAF
“Qəbələ” İK-nın qış hazırlıq planı müəyyənləşib.
Azərbaycan Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan komandamız yanvarın 3-də toplaşacaq. Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.
“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.
Komandamızın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
“Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
#gsc #gabalasc