AZ

Qaradağda iki nəfərin öldüyü qəzada iştirak edən avtobus qanunsuz sərnişin daşıma ilə məşğul olurmuş - YENİLƏNİB 2

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bu barədə Missiya.Az-a AYNA-dan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, "İsuzu" markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək:

"Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".

Seçilən
54
2
missiya.az

10Mənbələr