AZ

Usman Dembele – Fransada 2025-ci ilin ən yaxşı idmançısı! – ARENA.AZ

Futbol üzrə Fransa yığma komandasının və PSJ-nin hücumçusu Usman Dembele Fransada 2025-ci ilin ən yaxşı idmançısı seçilib.

Arena.az xəbər verir ki, bu ölkəni nüfuzlu “Ekip” nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançılarının müəyyənləşdirilməsi üçün soğru keçirib.

Sorğunun yekunlarına əsasən, bu ada Dembele layiq görülüb. O, 803 xalla birinci olub.

Üzgüçü Leon Marşan 661 xalla ikinci yeri tutub. İlk “üçlüy”ü 380 xalla yelkənli qayıq idman növündən Çarli Dalin tamamlayıb.

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 109 oyun, 45 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 57 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
6
arena.az

10Mənbələr