Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı ölüb.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyatın Yalova şəhəri yaxınlığında, Mərmərə dənizinin sahilində bir evdə keçirildiyi qeyd olunur.
Şübhəlilər təhlükəsizlik qüvvələrinə atəş açıblar.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 keşikçi yaralanıb. Nazir əlavə edib ki, toqquşmada 6 terrorçu məhv edilib.
Yaralıların vəziyyəti stabil olaraq qiymətləndirilir, həyati təhlükə yoxdur.