AZ

Türkiyədə İŞİD təşkilatına qarşı olan əməliyyatda 3 polis şəhid olub

Türkiyənin Yalova vilayətində keçirilən əməliyyat zamanı İŞİD terrorçularının açdığı atəş nəticəsində üç polis məmuru şəhid olub.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib."Əməliyyat zamanı İŞİD terrorçuları polis əməkdaşlarımıza atəş açıblar. Hücum nəticəsində 3 polis əməkdaşımız şəhid olub və 8 polis əməkdaşı və 1 mühafizəçi də yaralanıb. Terrorçuların yerləşdiyi evdə qadın və uşaqların olması səbəbindən əməliyyat böyük həssaslıqla həyata keçirilib. Ünvanda olan beş qadın və altı uşaq təhlükəsiz şəkildə təxliyə edilib",-nazir bildirib.Qeyd edək ki, baş verən atışmada altı terrorçu öldürülüb.

İlahə QənbərliMissiya.Az

Seçilən
38
37
missiya.az

10Mənbələr