AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – Üç polis şəhid oldu


Türkiyənin şimal-qərbində Yalova şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı baş verən atışmada üç polis əməkdaşı həlak olub, səkkiz polis əməkdaşı və bir mühafizəçi yaralanıb.
“Yalovada keçirilən əməliyyat zamanı İŞİD terrorçularının açdığı atəş nəticəsində üç polis əməkdaşı şəhid olub, səkkiz polis əməkdaşı və bir mühafizəçi yaralanıb. Altı İŞİD terrorçusu öldürülüb”, - deyə Ali Yerlikaya jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bütün terrorçular Türkiyə vətəndaşları olub.
Yerlikaya bildirib ki, terrorçuların yerləşdiyi ünvanda əməliyyat yerli vaxtla təxminən saat 2:00-da (Bakı vaxtı ilə saat 3:00) başlayıb. Terrorçuların yerləşdiyi binada qadınlar və uşaqlar olduğu üçün əməliyyat xüsusilə ehtiyatla aparılıb. Beş qadın və altı uşaq uğurla təxliyə edilib. Əməliyyat yerli vaxtla saat 9:40-da (Bakı vaxtı ilə saat 10:40) başa çatıb.
Digər tərəfdən, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı 5 nəfərin şübhəli qismində saxlanıldığını bildirib.
Seçilən
24
29
yeniavaz.com

10Mənbələr