AZ

Ronaldo futboldan nə vaxt gedəcəyini açıqlayıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo karyerasını nə vaxt sonlandıracağına hazır olacağını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

40 yaşlı futbolçu Yaxın Şərqin "İlin futbolçusu" seçilib. Mərasim zamanı o, etiraf edib ki, oynamaq onun üçün getdikcə çətinləşir, lakin yenə də motivasiya tapır.

"Mənim hələ də futbola həvəsim var və davam etmək istəyirəm. Harada oynamağımın, Yaxın Şərqdə və ya Avropada olmağımın fərqi yoxdur. Mən həmişə futboldan zövq alıram və bunu davam etdirmək istəyirəm.

Məqsədimin nə olduğunu bilirsiniz. Kuboklar qazanmaq və karyeramda 1000 qol vurmaq istəyirəm. Zədələnməmək şərti ilə bunu mütləq edəcəyəm", - deyə futbolçu bildirib.

QAZİLER.AZ

Seçilən
50
10
qaziler.az

10Mənbələr