AZ

İdman siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsi olaraq qalır – Sevil Mikayılova

Bakı.Trend:

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsrolunmuş mərasimdə çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyinailiyyətlərin, aparılan ardıcıl dövlət siyasətinin və gələcəkstrateji hədəflərin aydın ifadəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu çıxışda idman təkcə yarış və medalanlayışı kimi deyil, həm də ölkənin sosial, iqtisadi, mədəni vəmənəvi inkişafının mühüm tərkib hissəsi kimi təqdim olunur.Prezident İlham Əliyev qeyd edib ki, 2025-ci ildə Azərbaycanidmançıları beynəlxalq arenada 2000-dən çox medal, o cümlədəntəxminən 600 qızıl medal qazanıb.

"Bu göstəricilər müstəqillik tarixində rekord nəticə olmaqlayanaşı, ölkədə idmanın sistemli şəkildə inkişaf etdiyini sübutedir. Medalların sayının ildən-ilə artması təsadüfi deyil, bu,dövlətin idmana göstərdiyi diqqətin, yaradılan şəraitin vəuzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Azərbaycandaidmanın inkişafı dövlət siyasətidir. Son illər ərzində idmaninfrastrukturu faktiki olaraq sıfırdan qurulmuş, bu gün isəbeynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb. Xüsusiləbölgələrdə Olimpiya İdman Komplekslərinin tikilməsi mühüm əhəmiyyətdaşıyır. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsiilə bu obyektlərin sayı 46-ya çatıb. Bu isə regionlarda yaşayangənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqibaxımından mühüm addımdı", - deyə deputat əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışındaxüsusi yer verilən məsələlərdən biri sağlam gənc nəslinformalaşdırılmasıdır:

"Ölkənin gələcək inkişafı birbaşa sağlam, fiziki və mənəvicəhətdən güclü gənclərin yetişdirilməsindən asılıdır. Uşaqlıqdanidmana marağın formalaşdırılması gələcək idman uğurlarının əsasınıqoyur. Bu yanaşma idmanı təkcə peşəkar sahə kimi deyil, ümummillisağlamlıq strategiyasının bir hissəsi kimi təqdim edir. Gənclərinvətənpərvərlik ruhunda tərbiyə olunmasını dövlət siyasətinin əsasistiqamətlərindən biri kimi qiymətləndirir. İdman bu baxımdan mühümrol oynayır, çünki idmançılar beynəlxalq arenada ölkəni təmsiledərək Azərbaycan Bayrağını yüksəldirlər. Xüsusilə son 5 ildə əldəolunan tarixi Qələbə idmançıların məsuliyyətini və qürur hissinidaha da artıb".

Deputat qeyd edib ki, 2025-ci ildə ölkəmizdə keçirilmiş MDBölkələrinin III Oyunları Azərbaycanın böyük idman potensialınınümayiş etdirib:

"Yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidəkeçirilməsi regionların inkişaf səviyyəsini və infrastrukturimkanlarını göstərmişdir. Bundan əlavə, ilk dəfə Bakıda keçirilənUFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanındünya miqyasında idman mərkəzi kimi mövqeyini gücləndirmişdir.Formula 1 yarışlarının ölkəyə turist axınını əhəmiyyətli dərəcədəartırması idmanın iqtisadi və turizm baxımından da strateji rolunutəsdiqləyir".

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyev çıxışındaQusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə DünyaKubokuna xüsusi diqqət yetirildiyini bildirib.

"Bu, Azərbaycanın qış idman növləri sahəsində də beynəlxalqarenaya çıxmasının göstəricisidir. Şahdağ Turizm Xizək Mərkəzinininkişafı minlərlə iş yerinin yaradılmasına, regionunsosial-iqtisadi canlanmasına səbəb olmuşdur. Eyni zamanda Qarabağvə Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur gələcəkdə idmanyarışlarının keçirilməsi üçün geniş imkanlar açır. Bakı şəhərinin“Dünyanın İdman Paytaxtı” seçilməsi ölkəmizdə idmana verilənbeynəlxalq qiymətin bariz nümunəsidir. Bu titul Azərbaycanın sonillər ərzində idman sahəsində qazandığı uğurların məntiqinəticəsidir".

S.Mikayılova qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevinbu çıxışı Azərbaycanın idman siyasətinin uğurlu, ardıcıl vəçoxşaxəli olduğunu göstərir.

"İdman ölkənin beynəlxalq nüfuzunun artmasına, gənclərin sağlamvə vətənpərvər ruhda tərbiyəsinə, regionların inkişafına və millibirliyin möhkəmlənməsinə xidmət edir. Bu çıxış bir daha sübut edirki, idman Azərbaycanda yalnız yarış meydanı deyil, həm də güclüdövlət quruculuğunun mühüm dayaqlarından biridir", – deyəS.Mikayılova fikrini tamamlayıb.

Məqalədə:
Seçilən
20
50
az.trend.az

10Mənbələr