AZ

“Vulverhempton” 123 il əvvəlki antirekordu təkrarladı – ARENA.AZ

2025/25 mövsümündə uğursuz çıxış edən “Vulverhempton” futbol üzrə İngiltərə Premyer Liqasında 123 il əvvəlki antirekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Mançester Yunayted”lə heç-heçəyə razılaşıb – 1:1.

Bununla da çempionatın aşkar autsayderi 123 il əvvəlki antirekordu təkrarlayıb. “Sarı-qaralar” bu nəticə ilə İngiltərədə mövsümün startından etibarən 19 turda qələbə qazana bilməyən ikinci komanda olub.

Sonuncu dəfə bu cür uğursuzluğu 1902/1903-cü illər mövsümündə “Bolton” kollektivi yaşayıb.

Qeyd edək ki, “Vulverhempton” cari mövsümdə 3 matçda bərabərə qalıb, 16 oyunda uduzub. Komanda 3 xalla turnir cədvəlinin axırıncı pilləsində qərarlaşıb. “Canavarlar” mövsümün sonunda Premyer Liqanı tərk etməyə əsas namizəd göstərilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
53
13
arena.az

10Mənbələr