AZ

Tramp Tehranı təhdid etdi - İran rəsmiləri şifahi döyüşlərə başladı

"Şeytanın fəryadı ona görə ucaldı ki, kəşfiyyat xidmətlərinin silahlı səhra casusları bazarlar və gildiyaların qanuni etirazlarını, İran xalqının tarixi şüurunu kənara qoyaraq, şiddətli şəhər döyüşlərinə çevirmək cəhdi uğursuzluğa düçar oldu. İran xalqı tarix boyu onlardan daha təcrübəli düşmənlərini məyus edib. Biz heç vaxt etirazçıları əcnəbi muzdlularla bərabər tutmayacaq və sevimli övladlarımızı qucaqlayacağıq".

"Yeni Sabah" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf yazıb.

O, Donald Trampın İrandakı etirazçılara yardım vədinə bu cür münasibət bildirib.

"ABŞ-nin hörmətsiz prezidenti bilməlidir ki, bu rəsmi etirafla bütün Amerika mərkəzləri və bütün regiondakı qüvvələri hər hansı mümkün avantüraya cavab olaraq qanuni hədəfimiz olacaq. İranlılar hər zaman həmrəydir və təcavüzkara qarşı hərəkət etmək əzmindədirlər".

İranın digər yüksək vəzifəli rəsmiləri də Donald Trampa Tehrana qarşı təhdidlərinin potensial dəhşətli nəticələri barədə xəbərdarlıq ediblər.

"Amerika xalqına aydın olmalıdır ki, Tramp avantürizmə əl atıb. O, Amerika qoşunlarının təhlükəsizliyini düşünməlidirlər", - bunu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial media saytında yazıb.

O qeyd edib ki, Trampın təhdidlərindən sonra həm ABŞ, həm də İsrailin aqressiv mövqeyinə şübhə yoxdur.

"Etiraz edən dükan sahibləri ilə vəziyyəti gərginləşdirmək üçün xüsusi olaraq keçirilən etirazlar arasında fərq var. Tramp bilməlidir ki, ABŞ-nin daxili işlərimizə müdaxiləsi bütün regionda sabitliyi pozacaq və Amerikanın maraqlarına mənfi təsir edəcək", - Laricani qeyd edib.

İranın Ali Rəhbərinin müşaviri Əli Şamxani "X"-də Trampın bəyanatlarını şərh edərkən qeyd edib ki, “İranın milli təhlükəsizliyi bizim qırmızı xəttimizdir, sadəcə düşünülməmiş yazılar üçün mövzu deyil”.

Xatırladaq ki, Donalda Tramp İran təhlükəsizlik qüvvələri onları öldürərsə, Birləşmiş Ştatlar İrandakı etirazçıların köməyinə gələcək.

İranda milli valyutanın dollar qarşısında ucuzlaşması vı qızlın qiymıt artımına kütləvi etirazlar dekbrın 28-də başlayıb. 


Telegram kanalımız
Seçilən
114
50
yenisabah.az

10Mənbələr