AZ

ABŞ dən Venesuelaya ultimatum: Embarqo tələblər yerinə yetirilənədək qalacaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Venesuela ABŞ-nin maraqlarını və təhlükəsizliyini təhdid edən xarici hücum silahları əldə edib".

Oxu.Az-ın Ağ Evin "YouTube" kanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Trump mətbuat konfransında bəyan edib.

Tramp bildirib ki, devrilmiş Nikolas Maduronun rəhbərliyi dövründə Venesuela region üçün təhlükə yaradan xarici düşmənləri ölkəyə daha fəal şəkildə cəlb edib.

ABŞ prezidenti əlavə edib ki, Venesuela sözügedən silahlardan yanvarın 2-də, cümə günü istifadə edib.

Donald Tramp həmçinin ABŞ-nin iri neft şirkətlərini Venesuela infrastrukturuna investisiya qoymağa cəlb etmək niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlər üçün milyardlarla dollar vəsait toplanması planlaşdırılır.

Tramp vurğulayıb ki, Vaşinqton ABŞ-nin bütün tələbləri yerinə yetirilənədək Venesueladan neft tədarükünə tətbiq olunan embarqonu qüvvədə saxlayacaq. Bununla belə, ABŞ prezidenti konkret olaraq hansı tələblərdən söhbət getdiyini açıqlamayıb.

"Venesuela liderləri anlamalıdırlar ki, Maduronun başına gələnlər onların da başına gələ bilər", - deyə Tramp qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
50
oxu.az

10Mənbələr