AZ

İranda etirazlar pik həddə çatdı: Küçələrdə atəş səsləri eşidilir VİDEO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın şimal-şərqində yerləşən və şiələr üçün müqəddəs sayılan Məşhəd şəhərində etiraz aksiyaları güclənir. Məlumata görə, bazar tacirləri etirazçılara həmrəylik nümayiş etdirərək “Qorxmayın, biz birlikdəyik” şüarını səsləndiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə müxalif Iran International kanalı məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Tehranın Həsənabad rayonunda isə atəş səsləri eşidilib.

Sosial şəbəkələrdə yayılan kadrlarda etirazçıların küçələrdə qaçdığı, “Diktatora ölüm” kimi şüarlar səsləndirdiyi görünür. Həmçinin paytaxt Tehranda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi və gözyaşardıcı qazın tətbiq edildiyi iddia olunur.

İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhərində də insanlar küçələrə çıxaraq “Xameneiyə ölüm” və “Bu il qan ili olacaq” kimi şüarlar səsləndiriblər.

Bu arada İran rejimi hər hansı təhdidə sərt cavab verəcəyini bəyan edib.

“İran Silahlı Qüvvələri ən yüksək döyüş hazırlığı səviyyəsindədir. ABŞ və ya İsraildən gələn “istənilən təcavüzə” qətiyyətlə cavab verməyə hazırdır”.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, briqada generalı Murtəza Qurbani deyib.

ABŞ və ya İsrail tərəfindən mümkün hücuma toxunan Qurbani bildirib ki, SEPAH və ordunun 400 bölməsi tam döyüş hazırlığındadır.

pic.twitter.com/bRcmyv6Rr7

— Newsfeed (@Newsfeed883920) January 6, 2026

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
142
9
globalinfo.az

10Mənbələr