AZ

Lənkəranda sürücünün meyiti avtobusda tapıldı

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Lənkəran rayonunda avtobus sürücüsünün meyiti aşkarlanıb.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Şıxakəran kəndində baş verib. Kənd sakini Tofiq Abbasovun meyiti onun idarə etdiyi avtobusun salonunda tapılıb. İlkin məlumata əsasən, T.Abbasov Şıxakəran–Lənkəran marşrutu üzrə işini bitirdikdən sonra avtobusu evinin həyətinə salıb. Bir müddət sonra onun avtobusun içərisində həyatını itirdiyi müəyyən edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

T.Abbasovun ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
2
unikal.az

9Mənbələr