“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Real”ı çalışdırmaq üçün ideal namizəd hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Madrid klubunda Kloppa böyük hörmətlə yanaşırlar. Xüsusilə klubun prezidenti Florentino Peres alman mütəxəssisi yüksək qiymətləndirir.
Peres eyni zamanda “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan haqqında hələ də çox müsbət fikirdədir. Lakin Zidan artıq 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olmaqla bağlı razılıq əldə edib.
Yurgen Klopp 2025-ci il yanvarın 1-dən etibarən “Red Bull” şirkətində futbol əməliyyatları üzrə rəhbər vəzifəsində çalışır. Bu sistemə dörd futbol klubu daxildir.