AZ

Binəqədidəki yanğında 13 məcburi köçkün ailəsinə ziyan dəyib

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyliküçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərinmüvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğınbaş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizəbölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat daxil olduqdan sonra Qaçqınların vəMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyətistruktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.

İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyandəydiyi müəyyənləşdirilib. Yanğın nəticəsində xəsarət alan olmayıb.Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqətiyerləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsiüçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrininqısa zamanda təmir edilməsi nəzərdə tutulur.

Seçilən
78
16
az.trend.az

10Mənbələr