AZ

“Araz-Naxçıvan” “Zaqatala” ilə yoxlama oyunu keçirəcək – ARENA.AZ

2025/2026-cı illər mövsümünün qalan hissəsinə Bakıda hazırlaşan “Araz-Naxçıvan”ın təlim-məşq toplanışı davam edir.

Arena.az xəbər verir ki, “Qəbələ” ilə yoxlama oyunundan sonra bir gün istirahət edən komanda üzvləri məşqləri bərpa ediblər.

Naxçıvan klubu təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Sözügedən komanda yanvarın 18-də 1-ci Liqada mübarizə aparan “Zaqatala” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq oyuna saat 13:00-da start veriləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu qış fasiləsində keçirdiyi ilk yoxlama oyununda bu klubun əvəzedici komandasına 7 cavabsız qolla qalib gəlmişdi. Andrey Demçenkonun rəhbərlik etdiyi komanda ikinci sınaq görüşündə “Qəbələ”yə 0:1 hesabı ilə uduzmuşdu.

Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasında qış fasiləsinə 26 xalla 6-cı pillədə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
10
arena.az

10Mənbələr