Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” ilə üz-üzə gəlib.
Matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın yeganə qolunu 73-cü dəqiqədə Oruc Məmmədov vurub.
Xatırladaq ki, U-21 yığmamız ötən gün Birinci Liqa təmsilçisi “Səbail”lə də yoxlama oyunu keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi. “Şamaxı” isə bundan öncə “Sabah”la yoxlama oyunu keçirmiş və 0:2 hesabı ilə məğlub olmuşdu.
⇧
