Lerik şəhər və kəndlərində hazırda yağan qar 70 sm-i keçib.
Hafta.az-ın məlumatına görə, hazırda qarın yağması davam edir.
Dağlıq ərazilər qarın hündürlüyünün 1 metrdən çox olduğunu deyən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov rayonun ümumilikdə su və qaz təminatında heç bir problem olmadığını, lakin elektrik enerjisi ilə bağlı çətinliklərin olduğunu vurğulayıb.
"Bərpa işləri davam etdirilir. 162 yaşayış məntəqədən 80-da enerji bərpa edilib. Yollarla bağlı vəziyyətə gəlincə, əsas magistral yollar tam açılıb. Yol təmizləmə işləri davam etdirilir və avtomobillərin hərəkətində ciddi problem yoxdur. Hazırda kəndlərə gediş-gəliş qismən mümkündür, təcili tibbi yardım və zəruri xidmətlərin keçidi üçün yollar nəzarətdə saxlanılır", - deyə, bildirib.