AZ

“Traktor” “Mes Rafsancan”ı 4 qolla yendi – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 17-ci tur çərçivəsində “Mes Rafsancan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə darmadağına seviniblər – 4:1. Qolları Əmirhüseyn Hüseynzadə (13), Danial Esmaeilifar (76) və Domaqoy Drozdek (83) vurublar. 56-cı dəqiqədə isə rəqib futbolçu avtoqol müəllifi olub.

“Traktor” cari mövsümdə qazandığı 27 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 17 oyunda 6 qələbə qazanıb, 9 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Aluminium Arak”la qarşılaşacaq. Bu oyun yanvarın 27-də səfərdə baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
51
8
arena.az

10Mənbələr