AZ

Yüksək Liqa: “Azərreyl” “Gəncə” və “Neftçi”yə uduzdu – ARENA.AZ

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə kişilərin yarışında 10-cu tura yekun vurulub.

Turun qapanış matçında “Neftçi” “Azərreyl”i 3:0 (25:23, 25:15, 25:20) hesabı ilə üstələyib. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürüb.

Qadınların mübarizəsində isə 10-cu turun ilk iki oyunu keçirilib. “Azərreyl” “Gəncə”yə 1:3 (19:25, 25:21, 19:25, 23:25), “Abşeron” isə “DH Volley” kollektivinə 0:3 (20:25, 21:25, 11:25) hesabı ilə məğlub olub. Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Yüksək Liqa
22 yanvar

Kişilər, 10-cu tur

“Neftçi” – “Azərreyl” 3:0 (25:23, 25:15, 25:20)

Qadınlar, 10-cu tur

“Abşeron” – “DH Volley” 0:3 (20:25, 21:25, 11:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

“Azərreyl” – “Gəncə” 1:3 (19:25, 25:21, 19:25, 23:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
80
8
arena.az

10Mənbələr