İngiltərənin “Aston Villa” komandasının baş məşqçisi Unai Emeri Avropa Liqasında 100 oyuna çıxmış ilk mütəxəssis olub.
Arena.az xəbər verir ki, 54 yaşlı baş məşqçinin yubileyi Türkiyədə “Fənərbağça”ya qalib gəldikləri (1:0) Avroliqanın Liqa mərhələsinin oyununa təsadüf edib.
Bundan əlavə, Emeri turnirin ən çox qalibi olan baş məşqçidir. O, üç dəfə İspaniyanın “Sevilya” (2013/2014, 2014/2015 və 2015/2016) və bir dəfə “Vilyarreal” komandası ilə Avroliqanın qalibi olub.
Unai Emeri “Aston Villa”nı 2022-ci ilin noyabrından çalışdırır. 52 yaşlı mütəxəssis əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qaibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).
İspan mütəxəssisin “Aston Villa”ya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 171 oyun, 96 qələbə, 30 heç-heçə, 45 məğlubiyyət. Topların fərqi isə 297:223 nisbətindədir.
