AZ

"Çelsi"dən ayrılan futbolçu ilə iki klub maraqlanır

BAKI, 30 yanvar. TELEQRAF

“Tottenhem” və “Yuventus” klubları “Çelsi” ilə müqaviləsinə xitam verən Rəhim Sterlinqi heyətinə qatmağı planlaşdırırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

31 yaşlı vinger yeni klubunda “zadəganlar”ın heyətində qazandığı məvacibdən üç dəfə az maaş almağa razıdır.

Xatırladaq ki, bir müddət əvvəl İngiltərə millisinin üzvü ilə İtaliyanın digər təmsilçisi “Napoli”nin də maraqlandığı barədə məlumatlar yayılmışdı.

Seçilən
46
15
teleqraf.com

10Mənbələr