AZ

“Sabah” “Araz Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazanıb

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına start verilib.

Yeniavaz.com xəbər verir ki, turun açılış qarşılaşmasında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən görüş Bakı təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Paytaxt klubunun heyətində Umarali Raxmonaliyev (9, penalti), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) fərqləniblər. Qonaq komandanın yeganə qolunu isə Felipe Santos 86-cı dəqiqədə vurub.

Bu nəticədən sonra xallarının sayını 46-ya yüksəldən “Sabah” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 27 xala sahib olan “Araz-Naxçıvan” isə altıncı pillədə qərarlaşıb.

XIX turun günün son qarşılaşması Sumqayıtda baş tutacaq. Yerli komanda “Zirə”ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.

Qeyd edək ki, turun son oyunları fevralın 10-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
yeniavaz.com

10Mənbələr