Bakı.Trend:
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləriaparılır. Uzunluğu 20 km-ə yaxın olan dəmir yolu xəttininyenilənməsində məqsəd yüklərin təhlükəsiz daşınmasını təminetməkdir.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumatverilib.
Bildirilib ki, hazırda təmir işlərinin böyük hissəsi başaçatdırılıb, yaxın vaxtlarda işlər tam yekunlaşacaq.
“Bu yol istismara verildiyi 1950-ci illərdən bu yana ilk dəfədirəsaslı təmir olunur. Alabaşlı-Qızılca xətti ilə əsasən dəmiryolları üçün zəruri olan qırmadaş (şeben) ehtiyatı daşınır”,-məlumatda bildirilib.