AZ

Daha bir ölkə İrana nota verdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın ölkə ərazisinə qarşı cavab zərbələri ilə bağlı səfir Rza Ameri Xarici İşlər Nazirliyinə çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Nazirliyin X səhifəsində dərc olunmuş məlumatda deyilir: "Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Rza Ameri çağıraraq ona sərt etiraz notası təqdim edib. Notada BƏƏ İran tərəfindən həyata keçirilən hücumları qətiyyətlə pisləyir".

BƏƏ-nin dövlət naziri Xəlifə əl-Mərrar da vurğulayıb ki, ölkə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatın istifadə olunmasına icazə verməyəcək. Onun sözlərinə görə, Amerika təcavüzü başladıqdan sonra İranın cavab tədbirləri iki ölkə arasında mehriban qonşuluq prinsiplərinə ziddir.

Ağarza Elçinoğlu 

Seçilən
138
49
unikal.az

10Mənbələr